dacf5c1c-36db-49a0-b8e7-32dc9815e808..jpg

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Hərbi Qənimətlər Parkını ziyarət edib – FOTO

Baxış sayı: 566 dəfə baxılıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Hərbi Qənimətlər Parkını ziyarət
edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin
Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Hərbi Qənimətlər
Parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident Ersin Tatara Hərbi Qənimətlər Parkında
rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror
tədbirləri zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin
nümayiş olunduğu barədə məlumat verilib.

Qeyd olunub ki, parkda Vətən müharibəsində düşməndən qənimət götürülən 300-dən
çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları,
artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi
nəqliyyat vasitələri sərgilənir. Burada ən yaddaqalan eksponatlardan biri
Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən
qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan
“Qarabağ Azərbaycandır!” lövhəsidir.

Qonağa Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal
xarakterli antiterror tədbirləri nəticəsində Şuşa-Xankəndi yolundan götürülən
və Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında nümayiş etdirilən tank barədə
də ətraflı məlumat verilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Hərbi Qənimətlər Parkındakı
videozala da baş çəkib, Vətən müharibəsinə dair videoçarxı izləyib.

Sonda “Qarabağ Azərbaycandır!” lövhəsinin qarşısında xatirə şəkli çəkdirilib.

Source link