Şimali Koreya əvvəllər nüvə sınaqları həyata keçirdiyi Punqe-Ri nüvə poliqonunu dağıdıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu, əcnəbi jurnalistlərin müşaiyəti ilə baş tutub.
Poliqonu əhatə edən müşahidə qülləsi və üç şaxta partladılıb.
“Radioaktiv maddələrin ətrafa sızması müşahidə edilməyib”, – bəyanatda deyilib.
Nüvə poliqonunun bağlanması ilə bağlı Cənubi Koreya lideri Mun Çje İn ilə KXDR lideri Kim Çen In arasında aprelin 27-də Pxanmuncomda keçirilən görüşdə razılıq əldə edilib.