f9674d6b-752d-48c8-aceb-4f55ffcdf909..jpg

Şirvanda dələduzluq edən qadın saxlanılıb

Baxış sayı: 570 dəfə baxılıb.

Şirvanda dələduzluq edən qadın saxlanılıb

Şirvanda dələduzluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da
zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq
məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini
Nəsibə Mahmudova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N.Mahmudova şəhər sakini olan altı
vətəndaşın etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər
verərək, zərərçəkənlərin ümumilikdə 13200 manat pulunu dələduzluq yolu ilə ələ
keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
açılıb, N.Mahmudova barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da
istisna etmirlər.

Əgər N.Mahmudovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə
Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat
vermələri xahiş olunur.

Source link