Siyasi ekspert: “İkinci Qarabağ müharibəsi Rusiyanın Ukraynaya müdaxiləsini gecikdirdi”

Baxış sayı: 732 dəfə baxılıb.

Siyasi ekspert: “İkinci Qarabağ müharibəsi Rusiyanın Ukraynaya müdaxiləsini
gecikdirdi”

“Rusiyada qarşıdurmanın kimlər arasında getdiyinə diqqət yetirin. Bu, çox
vacib məqamdır. “Qırğılarla” “radikallar” bir-biri ilə vuruşurlar. Yəni
“müharibə partiyası” ilə “total müharibə partiyası” istəyənlər arasında
qarşıdurma var. Şərti olaraq desək, Yevgeni Priqojin, “Vaqner”ə meyil edən
generallar total müharibə tərəfdarlarıdır. Və onlar özlərini bu qanlı faciəni
başlayan Kremlin “müharibə partiyası”na qarşı qoyurlar”.

Bu sözləri Cixisyolu.com -a açıqlamasında tanınmış
ukraynalı siyasi ekspert, Ukrayna Siyasət İnstitutunun direktoruRuslan Bortnik
deyib.

Rusiyada generalların silsilə istefalarını, həmçinin Rusiyanın daxilində
xaotik prosesləri şərh edən ekspert hesab edir ki, yuxarıda adları çəkilən iki
qrupun müharibəyə yanaşması fərqlənir:

“Kreml partiyalarından biri hesab edir ki, müharibəni “az qan axıtmaqla”
aparmaq və bunun müqabilində iqtisadiyyatı qoruyub saxlamaq lazımdır. Digəri
isə, şərti olaraq “Priqojin tərəfdarları” total müharibə və nüvə silahının
istifadəsini tələb edir. Liberal, demokrat siyasi qüvvələr isə Rusiya
Federasiyasında mövcud deyil”.

Ruslan Bortnik Rusiya tarixində baş vermiş hərbi üsyanlara da toxunub:

“Buna misal olaraq yaxın tarixdə – 1991-ci ildə baş vermiş “QKÇP” qiyamını
göstərmək olar. Bu hadisələrin nə ilə nəticələndiyi hamıya məlumdur. 1917-ci il
hərbi qiyamları Rusiya İmperiyasının süqutuna və Sovet İmperiyasının
yaranmasına səbəb oldu. Amma son illərdə Belarus və Qazaxıstanda baş verən
üsyanlar yalnız bu ölkələrdə mövcud hakimiyyətin güclənməsinə səbəb oldu. Ancaq
bir üsyan, xüsusən də yatırılmış bir üsyan həmişə problemlərin gələcəyə təxirə
salınmasına, hakimiyyətin isə vintləri daha çox sıxmasına səbəb ola bilir.
Bütün bunlar çox mürəkkəb məsələlərdir. Bəs Rusiyada hadisələr necə cərəyan
edəcək? Mənim buna dəqiq cavabım yoxdur”.

Ukraynalı siyasi ekspert Cənubi Qafqazdakı məsələləri, ağır məğlubiyyətlə
üzləşən Ermənistanın hələ də sülhə gəlmək istəməməsini şərh edib:

“Bu, vəziyyət dəyişənə qədər gözləmək istəyi də ola bilər. Ermənistanda
ictimai rəyin daha bir amili olan xarici diaspor var. Erməni siyasətçiləri üçün
Azərbaycanın şərtlərini qəbul etmək intihardır. İrəvan İkinci Qarabağ
müharibəsinin nəticələrinin siyasi təsbitinə dəstək vermək istəmir. Amma sizə
daha çox deyim, ola bilsin ki, İkinci Qarabağ müharibəsi Rusiyanın Ukraynaya
müdaxiləsini vaxtında gecikdirdi. Qarabağ müharibəsi və ondan sonrakı hadisələr
Ukraynaya qarşı istifadə oluna bilən resursların, ehtiyatların bir hissəsini
Rusiyanın əlindən aldı. Burada hər şey bir-birinə bağlıdır”.

Nair Əliyev

Source link