“Sky Sports”un eskperti üzünə tüpürdüyü ailədən üzr istədi – VİDEO

“Sky Sports”un eskperti üzünə tüpürdüyü ailədən üzr istədi – VİDEO

Baxış sayı: 8. 675 dəfə baxılıb.

İngiltərə millisinin və “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karaqer üzünə tüpürdüyü “Mançester Yunayted” klubunun azarkeşlərindən üzr istəyib.

ÇıxışYolu.Com xəbər verir ki, “Sky Sports”un 40 yaşlı televiziya eksperti dünən “Twitter” hesabında həmin ailədən üzr istədiyini bildirib. 

O qeyd edib ki, 3-4 dəfə azarkeşin atmacasına göz yumsa da, özünü saxlaya bilməyib. Bununla belə, o öz əməlinə heç bir bəraət qazandırmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, “Mançester Yunayted”in ata və qızından ibarət azarkeşləri maşınla yolda gedərkən sabiq “Liverpul”lu Ceymi Karaqerə onların komandasını yendiklərini xatırladıb. Bu isə Karaqeri özündən çıxarıb və maşına tərəf tüpürüb. Görüntüləri çəkən ata isə videonu “Mirror”a sızdırdıb və bu, ictimailəşib.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com