Snouden: ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib

Snouden: ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib

Baxış sayı: 3. 425 dəfə baxılıb.

 ABŞ-ın yeni təyin olunmuş mərkəzi kəşfiyyat idarəsinin rəhbəri terrorda şübhəli bilinən insanlar üzərində işgəncələrdə iştirak edib. 

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden “Twitter” hesabında məlumat paylaşıb.

“Mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru şübhəlilərə işgəncələrin verilməsində aparıcı rolu oynayıb…Onun adı son dərəcə məxfi əmrdə qeyd olunub. Həmin əmrə görə, Konqresə çatmasın deyə işgəncələr barədə bütün məlumatlar məhv edilməli idi” deyə Snouden qeyd edir.

 “New York Times”da dərc olunan məqaləyə görə, 2002-ci ildə Cina Haspel  terrorda şübhəli bilinən iki nəfər üzərinə işgəncələri müşahidə edib, daha sonra qəddar dindirilmə prosesinin video kassetlərinin məhv edilməsində iştirak edib.

Sözü gedən işgəncələrin Taylandın məxfi həbsxanasında yer aldığı bildirilir. Snouden həmçinin iddia edir ki, Haspel Avropa İttifaqı ölkələrinə səfər etsə,  həbs olunma riski ilə üzləşə bilər.  

.
www.ÇıxışYolu.Com