Sobçak Krıma səfər üçün Kiyevdən icazə istədi

Sobçak Krıma səfər üçün Kiyevdən icazə istədi

Baxış sayı: 2. 629 dəfə baxılıb.

Rusiyada “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizəd Kseniya Sobçak onun Krıma səfərinə icazə verilməsi ilə bağlı Ukrayna səfirliyinə müraciət edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Sobçak “Exo Moskvı”radiostansiyasının efirində açıqlama verib.

“Mən artıq Ukrayna səfirliyinə məktub göndərmişəm, cavab gözləyirəm. Krıma getsəm, yalnız Ukrayna ərazisindən gedəcəyəm. Hesab edirəm düzgün olan yol budur” deyə Sobçak bildirib.

Prezidentliyə namizəd bildirib ki, səfər üçün icazə verilsə, mütləq seçki kampaniyası çərçivəsində Krıma yollanacaq.

Sobçak bundan əvvəl Krımda seçki təşviqatından imtina etmişdi.  O, prezident seçiləcəyi təqdirdə yarımadada yeni referendum keçirməyi vədd edib və beynəlxalq hüquq nöqteyi-nəzərindən Krımın Ukraynaya məxsus olduğunu bildirib.

Rəsmi Moskva Sobçakın bu bəyanatları ilə razılaşmır.

.
www.ÇıxışYolu.Com