SOCAR atmosfer çirklənməsinin qarşısını alır

SOCAR atmosfer çirklənməsinin qarşısını alır

Baxış sayı: 2. 359 dəfə baxılıb.

İldə təqribən 150 milyon m3-ə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, ümumilikdə, görülən işlər nəticəsində son yeddi ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarında 16.7 %, istilik effekti yaradan qazların miqdarında isə 45 % azalma müşahidə olunub.

R.Abdullayevin sözlərinə görə, 2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 ha-dan artıq torpaq sahəsini rekultivasiya edərək bərpa edib, həmin sahələrdə 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkib.

.
www.ÇıxışYolu.Com