SOCAR “Petkim”dən 152 milyon manat dividend alacaq

SOCAR “Petkim”dən 152 milyon manat dividend alacaq

Baxış sayı: 3. 356 dəfə baxılıb.

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 2017-ci ildə əldə etdiyi mənfəətindən sərmayədarlara 690 milyon Türkiyə lirəsi (297 milyon manat) məbləğində dividend ödəyəcək.

ÇıxışYolu.Com-ın Report-a istinasən məlumatına görə, Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platforması (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər yayıb ki, bu barədə “Petkim”in 2017-ci il üzrə fəaliyyətinə dair İdarə Heyətinin martın 30-da keçirilən iclasında qərara alınıb.

“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividendin məbləği 351,9 milyon lirə (151,6 milyon manat) olacaq. İclasda dividendlərin may ayının 3-də paylanmasına qərar verilib.

Ümumi yığıncaqda həmçinin Holdinqin 2018-ci il üzrə fəaliyyətinin auditini “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin aparması təsdiqlənib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 milyard dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir.

www.ÇıxışYolu.Com