849d200b-4091-4d42-9727-9af2f380f052..jpg

Stadion, yoxsa əkin sahəsi? – VİDEO

Baxış sayı: 967 dəfə baxılıb.

Stadion, yoxsa əkin sahəsi? – VİDEO

Tarixi komandalarımızdan olan “Kəpəz”in doğma meydanı artıq doğmalıqdan çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, təmirsiz stadion, bərbad vəziyyətdə olan
oturacaqlar və baxımsız qalmış ot örtüyü bunu deməyə əsas verir.

Gəncə şəhər stadionunda rəqiblərilə oyuna gözükölgəli çıxan “Kəpəz”, deyəsən
hələ bir müddət də bu vəziyyətlə barışmalı olacaq.

Maraqlıdır ki, “Kəpəz” məhz bu baxımsız vəziyyətdə olan stadionda oynadığı son
6 qarşılaşmada məğlub olmayıb. Bəlkə də, Gəncə təmsilçisi acınacaqlı vəziyyətə
baxmayaraq, imza atdığı 2 qələbə və 4 heç-heçənin eyforiyasındadır. Amma sual
doğuran məqam odur ki, görəsən, bu vəziyyətdən çıxış yolu varmı? Ölkənin ən
böyük futbol məktəbi hesab olunan Gəncə şəhərinin komandası bu stadiondan
avrokuboklara necə çıxacaq? Ot örtüyü belə bərbad vəziyyətdə olan komandadan
görəsən yenidən Yunis Hüseynovlar, Maşallah Əhmədovlar, Vidadi Rzayevlər
yetişəcəkmi? Ölkənin ən böyük futbol qurumu olan Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası Gəncə şəhər stadionunun real vəziyyətini nə vaxt
görəcək?

Qeyd edək ki, kifayət qədər legionerin də çıxış etdiyi “Kəpəz” klubunun bu
utancverici vəziyyətdən xilas olmasını rəqib komandaların azarkeşləri də
istəyirlər.

Daha ətraflı süjetdə:


Source link