d7b275e1-31d3-4e1e-a593-919150cf042a..jpg

STM seçkilərdən sonra Türkiyənin Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri öyrənib

Baxış sayı: 660 dəfə baxılıb.

STM seçkilərdən sonra Türkiyənin Azərbaycana dair siyasəti ilə bağlı
gözləntiləri öyrənib

Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə seçkilərdən sonrakı mərhələdə Türkiyənin
Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri sorğu
əsasında öyrənib.

Cixisyolu.com xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Sosial
Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, ictimaiyyət
Türkiyə – Azərbaycan münasibətlərində hazırda tarixi dönüm nöqtəsindən
keçildiyi mövqeyini bölüşüb.

Belə ki, respondentlərin 68,7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib
gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam
edəcəyini bildirib. Sorğu iştirakçılarının 26%-i isə qeyd edilən hansı
namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin bütün imkanları ilə
Azərbaycanın yanında olacağını qeyd edib.

Nəticələr göstərir ki, Azərbaycan ictimaiyyəti Türkiyənin xarici siyasət
kursunda və regional hədəflərlə bağlı prinsipial mövqeyində davamlılığın, yaxud
dəyişikliyin seçki nəticələrindən asılı olaraq müəyyənləşəcəyini düşünür.
Ümumiyyətlə, qeyd edək ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi
xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab
olunur. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil,
bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti
üçün də xarakterik hesab olunur.

Nəzrin Vahid

Source link