4b5abb1a-6921-4679-9f07-fbc4e411d5c9..jpg

STM sorğu keçirib, Azərbaycan sabit və təhlükəsiz ölkə kimi xarakterizə edilib – FOTO

Baxış sayı: 609 dəfə baxılıb.

STM sorğu keçirib, Azərbaycan sabit və təhlükəsiz ölkə kimi xarakterizə edilib
– FOTO

Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanı ictimai sabitlik baxımından necə bir
dövlət kimi xarakterizə edərdiniz?” sualı ünvanlayaraq sorğu keçirib.

Mərkəzdən verilən xəbərə görə, müxtəlif demoqrafik qrupların təmsil olunduğu
rəy sorğusu Azərbaycanın təhlükəsizlik və ictimai sabitlik baxımından dövlət
imicinə münasibətin yüksək olduğunu göstərib.

Sorğuda iştirak edənlərin mühüm hissəsi – 66,2%-i Azərbaycanı sabit və
təhlükəsiz ölkə olaraq xarakterizə edib.

Nəticələrin gender aspektindən təhlilinə əsasən, sözügedən istiqamətdə
qadınlarla müqayisədə kişilər daha üstün mövqedə qərarlaşıblar.

Azərbaycanın sabit və təhlükəsiz ölkə xarakteri müxtəlif nəsillər üzrə
əksəriyyət tərəfindən yüksək qiymətləndirilib.

Cəmi 3,4% respondent sözügedən istiqamətdə suala cavabında “qeyri-sabitlikdir
və təhlükəlidir” variantını qeyd edib.

Respondentlərin 28,4%-i Azərbaycanı ictimai sabitlik və təhlükəsizlik
prizmasından dəyərləndirməklə yanaşı, kənar təhlükə risklərini də istisna
etməyiblər. Qeyd edək ki, mövcud geosiyasi dinamikada müəyyən qruplarda kənar
təhlükə ehtimalının yaranmasına Azərbaycanın sülh quruculuğu istiqamətində
regional siyasətinə və geosiyasi roluna qarşı bəzi təhdid elementləri ilə
müşayiət olunan son silahlı hücum hadisələrinin təsiri istisna edilmir.

Cüzi hissə (2,1%) bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından
yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri
təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi
rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və
inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada
seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının
paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin
əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Source link