Su içərkən orqanizmə nə qədər plastik zərrəcik düşür?

Su içərkən orqanizmə nə qədər plastik zərrəcik düşür?

Baxış sayı: 5. 259 dəfə baxılıb.

Orta hesabla plastik qabda saxlanılan suyun bir litrində 325 mikroplastik zərrəcik olur.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, Nyu York Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəlib.

Araşdırmada kimyaçılar 9 Avropa, Afrika, Asiya, Şimali və Cənubi Amerika ölkəsindən ümumilikdə 259 müxtəlif plastik qabda satılan suyu müayinə edib.

Məlumata görə, götürülmüş nümunələr arasında tanınmış dünya brendlərinin suları da olub.

Kimyəvi müayinə göstərib ki, 259 plastik qabdan yalnız 17-də mikroplastik zərrəciklərin izi aşkarlanmayıb. Qalanlarında isə 10 minə qədər plastik zərrəcik üzə çıxıb.

Zərrəciklərin çoxu 6-100 mikrometr ölçülərində olub. Ən böyüyünün saç teli ölçüsündə olduğu deyilir.

Suda olan plastik zərrəciklərin böyük əksəriyyəti qabın qapağında olan polipropilendən qaynaqlanıb.

.
www.ÇıxışYolu.Com