14a935db-1f24-4a40-9aff-8a035bcfa4cc..jpg

Sudanda Aİ səfiri hücuma məruz qaldı, ABŞ səfirliyinin avtomobili güllələndi – FOTO

Baxış sayı: 898 dəfə baxılıb.

Sudanda Aİ səfiri hücuma məruz qaldı, ABŞ səfirliyinin avtomobili güllələndi –
FOTO

Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.

Bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Komissarı Josep Borrel sosial şəbəkədə
yazıb.

Borrel vurğulayıb ki, “bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır”.
Bununla yanaşı, ABŞ-nin Sudanın paytaxtı Xartumdakı səfirliyinin zirehli maşını
da bazar ertəsi Çevik Reaksiya Qüvvələri tərəfindən atəşə tutulub.

ABŞ səfirliyindəki mənbələrin məlumatına görə, avtomobil qəsdən atəşə tutulub.
Avtomobil yüzə yaxın güllə atıldığı, lakin diplomatlardan heç birinin xəsarət
almadığı bildirilib.

A few hours ago, the EU Ambassador in #Sudan
was assaulted
in his own residency.

This constitues a gross violation of the Vienna Convention. Security of
diplomatic premises and staff is a primary responsibility of Sudanese
authorities and an obligation under international law.
— Josep Borrell Fontelles (@JosepBorrellF) April 17, 2023

Mənbə: TASS

Source link