Sülhməramlılarımız Əfqanıstana yola salındı – FOTO + VİDEO

Sülhməramlılarımız Əfqanıstana yola salındı – FOTO + VİDEO

Baxış sayı: 2. 540 dəfə baxılıb.

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, iki hərbi həkimi və altı qərargah zabiti olmaqla, Əfqanıstandakı missiyada iştirak edir.

www.ÇıxışYolu.Com