c44ae5aa-c9e6-4e16-a168-47eaa9e8e0d3..jpg

Sulutəpə qəsəbəsində küçəni su basıb – VİDEO

Baxış sayı: 873 dəfə baxılıb.

Sulutəpə qəsəbəsində küçəni su basıb – VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi bərbad
vəziyyətə düşüb.

“Xezerxeber.az”ın məlumatına görə, sakinlər deyirlər ki, hər dəfə yağışdan
sonra küçədə böyük gölməçələr yaranır.

Onlarınn sözlərinə görə, Ruslan Allahverdiyev küçəsi yüzlərlə sakinin istifadə
etdiyi yoldur və burada 10 saylı Laçın rayon orta məktəbi də yerləşir.

Məsələ ilə bağlı məlumat almaq üçün Xocəsən bələdiyyəsinə üz tutduq. Ancaq
küçədəki vəziyyətlə əlaqədar suallarımıza cavab verən olmadı.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazidə
mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Burada həmin sistemin
yaradılması, eləcə də yolun asfaltlanması ilə bağlı icra hakimiyyəti tərəfindən
aidiyyəti qurumlara müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link