57603a12-e1b7-404c-949a-8191744b86dc..jpg

Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib – FOTO

Baxış sayı: 1. 728 dəfə baxılıb.

Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin yürüşü
keçirilib.

“Report”un yerli bürosunun məlumatına görə, əvvəlcə hərbi orkestrin ifasında
Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub.
Yürüşə məktəblilər də qoşulublar.

Eyni zamanda, şəhərdə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar,
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər,
şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Gün ərzində
Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.

Source link