4c956012-2342-4146-b6b7-68b6dafe32be..jpg

Süni intellekt Azərbaycan millisi tarixinin ən yaxşı “11-liy”ini təqdim etdi

Baxış sayı: 578 dəfə baxılıb.

Süni intellekt Azərbaycan millisi tarixinin ən yaxşı “11-liy”ini təqdim etdi

“OpenAI” tərəfindən hazırlanan “Chat GPT” son zamanlar internetdə çox məşhur
olan çat botudur.

Cixisyolu.com xəbər verir ki, bot insan dilini başa düşə və təfərrüatlı şəkildə mətn
hazırlaya bilir. İnsanlar bir çox suallarına məhz “Chat GPT” vasitəsilə cavab
tapırlar.

Bir neçə gün əvvəl internet resurslarında süni intellektin hazırladığı futbol
tarixinin ən yaxşı “11-liy”i sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.
Əksəriyyət botun seçimlərinin doğru olduğu ilə bağlı həmfikir idi.

Bəs “Chat GPT” Azərbaycan futbolu barədə nə qədər məlumatlıdır?

Süni intellektə ünvanladığımız “Azərbaycan millisi tarixinin ən yaxşı
“11-liy”i hansıdır?” sualına hər dəfə fərqli cavablar aldıq. Təəssüf ki,
bunların bir çoxunda futbolçuların mövqelər üzrə düzgün yerləşdirilməməsi
diqqət çəkdi.

Ümumiləşdirmə aparsaq, “Chat GPT”yə görə, Azərbaycan futbolu tarixinin ən
yaxşı qapıçısı yığmanın sabiq üzvü Dmitri Kramarenkodur.

Müdafiə xəttində Rəşad Sadıqov, Tərlan Əhmədov, Mahir Şükürov və Maksim
Medvedevə daha çox üstünlük verən bot Samir Abasovla Rafael Əmirbəyovu da bir
neçə dəfə heyətə daxil edib.

“Chat GPT” orta xətdə Mahmud Qurbanov, Qara Qarayev, Aslan Kərimova yer verib.
Cavid İmamverdiyev də bir neçə halda heyətə daxil edilib.

İrəli “3-lük”də isə əsasən, Qurban Qurbanov, Branimir Subaşiç və Nazim
Süleymanov yer alıblar. Burada Vaqif Cavadov da botun seçimləri arasında olub.

Bot eyni zamanda hazırkı ən güclü heyəti də müəyyənləşdirib. “Chat GPT”yə
görə, mövcud vəziyyətdə Azərbaycan millisi üçün ən yaxşı seçim belədir:

Emil Balayev – Azər Salahlı, Toral Bayramov, Bəhlul Mustafazadə, Bədavi
Hüseynov – Riçard Almeyda, Qara Qarayev, Dmitri Nazarov – Mahir Emreli, Renat
Dadaşov, Ramil Şeydayev.

Maraqlıdır ki, heç bir halda bot Azərbaycan millisi tarixində ən yaxşı ikinci
bombardir olan Emin Mahmudovu heyətə daxil etməyib.

Faiq Tahirov

Source link