b5cd696d-7637-4295-8551-2acca4eff9d4..jpg

Super Liqa: “Qalatasaray” növbəti qələbəsini qazandı – VİDEO

Baxış sayı: 892 dəfə baxılıb.

Super Liqa: “Qalatasaray” növbəti qələbəsini qazandı – VİDEO

Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib.
Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb – 2:0.

İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö
və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar.

Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda
ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla
4-cüdür.


Source link