Suriyada Rusiya təyyarəsi qəzaya uğradı: Sağ qalan yoxdur  – YENİLƏNİB

Suriyada Rusiya təyyarəsi qəzaya uğradı: Sağ qalan yoxdur – YENİLƏNİB

Baxış sayı: 2. 800 dəfə baxılıb.

Suriyada Rusiyaya aid “An-26” təyyarə qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

ÇıxışYolu.Com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, itki sayı 39 nəfərə çatıb.

Məlumatların dəqiqləşdirilməsindən sonra, təyyarənin göyərtəsində 33 sərnişin və 6 ekipaj üzvünün olduğu müəyyən edilib.

Qeyd edək ki, “An-26” təyyarəsi Moskva vaxtı ilə 15:00 radələrində Suriyadakı Hmeymim bazasına yaxınlaşan zaman qəzaya uğrayıb.

İlkin ehtimala görə, qəzaya təyyarədə baş verən texniki nasazlıq səbəb olub. Qəza ilə bağlı araşdırma davam edir.

17:51

Rusiyaya məxsus “An-26” təyyarəsi Suriyanın “Hmeymim” aviabazasına eniş edərkən qəzaya uğrayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə nəticəsində 26 sərnişin və altı ekipaj üzvünün həlak olduğunu bildirib.

Qeyd olunub ki, təyyarə vurulmayıb.

“Hadisəyə səbəb texniki nasazlıq ola bilər”, – deyə nazirlikdən bildiriblər.

Qəzanın araşdırılması üçün xüsusi komissiya yaradılıb.

.
www.ÇıxışYolu.Com