Suriyaya zərbələr endirən Tramp Rusiyaya müraciət etdi

Suriyaya zərbələr endirən Tramp Rusiyaya müraciət etdi

Baxış sayı: 2. 513 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyaya zərbələrin başlaması barədə çıxışı zamanı həmçinin Rusiyaya müraciət edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, çıxışın yayımını NBC News aparıb.

“2013-cü ildə prezident Putin və onun hökuməti dünyaya vəd edirdilər ki, Suriya kimyəvi silahının ləğvinə zəmanət verirlər”, – deyə, Tramp bildirib.

Lakin onun rəyinə görə, silah məhv edilməyib.

“Əsədin bir neçə gün əvvəlki hücumu və bugünkü cavab (ABŞ-ın zərbələri – red.) – Rusiyanın vədinə əməl etməməsinin nəticəsidir. Rusiya qərara gəlməlidir: qaranlıq yolla getməkdə davam edəcək yoxsa bütün sivil ölkələrlə birgə sabitlik və sülhə dəstək olacaq”, – deyə, Tramp bildirib.

www.ÇıxışYolu.Com