58d226e2-1e8a-488b-843e-67340eddc3ae..jpg

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Laçın yolu vasitəsilə təxliyə olunub – FOTO/VİDEO

Baxış sayı: 956 dəfə baxılıb.

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Laçın yolu
vasitəsilə təxliyə olunub – FOTO/VİDEO

Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın
növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız
Laçın yolu vasitəsilə təxliyə olunub.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, minaya düşən 3
hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım
göstərilib.

Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə
yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa
rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən
növbəti təxribat törədilib.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı
yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan
Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət
istiqamətində basdırılmış minaya düşərək partlayıb.

Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi
sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək
üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət
alıb.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Source link