2a3051f6-f8df-462d-be49-66e91658ad4f..jpg

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Baxış sayı: 640 dəfə baxılıb.

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalı keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, üç gün davam edəcək festival çərçivəsində konsert
proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil
olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri
iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin
rəsmi açılışı olacaq.

Source link