Təl-Əviv aeroportunda iki təyyarə toqquşdu – VİDEO

Təl-Əviv aeroportunda iki təyyarə toqquşdu – VİDEO

Baxış sayı: 2. 641 dəfə baxılıb.

Təl-Əviv beynəlxalq hava limanının enmə zolağında iki sərnişin təyyarəsi toqquşub. İsrail radiostansiyası “Qaley Tsaxal” xəbər verir ki, hadisədən zərər çəkən yoxdur. 

ÇıxışYolu.Com bildirir ki, “German Wings” alman şirkətinə məxsus avialayner yedəklənmə zamanı uçuşa hazırlaşan İsrailin “El Al” yükdaşıma təyyarəsinə toxunub.

“Uçuş ləğv olunub, sərnişinlər göyərtədən çıxarılıblar. Zərər çəkən yoxdur”, – radio qeyd edir.

Yerli KİV-in dərc etdiyi videodan görünür ki, hər iki təyyarənin quyruğu zədələnib.

www.ÇıxışYolu.Com