Təqaüdçü akuladan yalın əllə xilas oldu

Təqaüdçü akuladan yalın əllə xilas oldu

Baxış sayı: 2. 304 dəfə baxılıb.

Avstraliyalı təqaüdçü yalın əllərilə canını köpəkbalığından qurtara bilib. Özünün dediyinə görə, bunun səbəbi onun rəngli çimərlik paltarı geyinməsi olub. 

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə “9news” nəşri məlumat yayıb.

Viktoriya ştatında yaşayan Rob Krossland nahardan sonra dənizdə çimməyə gedib. Çimərkən 69 yaşlı avstraliyalı əvvəlcə balığın üzgəcini, sonra da uzunluğu üç metrə yaxın olan köpəkbalığının özünü görüb. O, suya baş vuraraq yırtıcını burnundan vurmağa başlayıb. 

“O, ətrafımda 6-7 dəfə dövrə vurdu və hər dəfə mən onu burnundan vurdum. Onun ağzını açmasını gözləyirdim”, – deyə Krossland qeyd edib.

Onun dediyinə görə, köpəkbalığından qaçmayıb, çünki “məhz o zaman onlar hücuma keçir”. 

Balığın ona marağı itəndən sonra təqaüdçü sudan sahilə çıxaraq kömək çağırıb.

www.ÇıxışYolu.Com