d2f020ed-191d-45a8-8729-39406eaeda0e..jpg

Tərtərdə mina partladı: Üç nəfər həlak oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 651 dəfə baxılıb.

Tərtərdə mina partladı: Üç nəfər həlak oldu – YENİLƏNİB + FOTO/VİDEO

Tərtər rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətindən verilən məlumata görə, 2023-cü il 28 aprel tarixində Tərtər
rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina
hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy” Ltd. şirkəti ilə
çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid
Mehman oğlu həlak olub.

22:59

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri
ərazidən çıxarılıb.

TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının
ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-ya bildirib ki,
meyitlər Tərtər morquna verilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində “RPS Energy” Ltd.
şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət
İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri)
həlak olub.

21:01

Tərtərdə üç nəfər minaya düşüb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu
kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması
nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanıb.

20:57

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki,
hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü
Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü
Fərid Sədiyevdir.

Əldə edilən məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar
xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.


Source link