Tacikistan prezidenti rəqsi ilə coşdurdu – VİDEO

Tacikistan prezidenti rəqsi ilə coşdurdu – VİDEO

Baxış sayı: 3. 081 dəfə baxılıb.

Martın 25-də Düşənbədə Novruz bayramına həsr olunmuş səhnələşdirilmiş şənlik keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə Tacikistan prezidenti Emomali Rahmon və Düşənbənin meri Rüstəm Emomali iştirak edib.

Əvvəlki illərin Novruz şənliklərindən fərqli olaraq, bu il Tacikistan hökuməti tədbirə böyük insan kütləsinin, o cümlədən tələbələrin cəlb olunmasını əsas tutmayıb.

Şənliyin müddəti iki saata qədər azaldılıb (19:00-dan 21:00-a kimi).

Bəyaz və müxtəlif rəngli projektor və lazer şüarları altında keçirilən bayram şənliyində tanınmış müğənnilər, rəqs kollektivləri, sirk artistləri və gimnastlar iştirak edib.

Şənlikdə ən çox yadda qalan dövlət başçısı Emomali Rahmonun şux xalq mahnısının sədaları altında rəqs etməsi olub.

www.ÇıxışYolu.Com