51288a0a-ddec-4d06-b6b3-a7bf17e12e27..jpg

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi dörd dəfə artıb” – FOTO

Baxış sayı: 497 dəfə baxılıb.

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi dörd dəfə
artıb” – FOTO

“Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası
sayəsində milli iqtisadiyyatın real həcmi dörd dəfə, ixrac isə 15,6 dəfə artıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə
deyib.

“İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən dörd faiz bəndi
yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji
valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft
gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın
fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım
sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, yoxsulluq
səviyyəsi xeyli azalıb”, – T.Kazımov qeyd edib.

AMB-nin sədri əlavə edib ki, regiondakı liderlik mövqeyini davamlı şəkildə
möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib,
şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib:

“Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı
iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına
çevrilib”.

Daha çox foto burada: PhotoStock.az

Source link