0a024aa8-0301-4b41-a218-be9396ffc591..jpg

Tanınmış plastik-cərrah bağ evində öldürüldü – FOTO

Baxış sayı: 868 dəfə baxılıb.

Tanınmış plastik-cərrah bağ evində öldürüldü – FOTO

Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ
evində qətl törədilib.

“Qafqazinfo”nun məlumatına görə, saat 00 radələrində Türkiyə vətəndaşı,
1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah
Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın
hadisə yerində vəfat edib.

Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir
sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında
fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün
son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu,
onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.

Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon
Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanıb.

Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbə baş verməsi hələlik məlum
deyil, araşdırmalar davam etdirilir.

Source link