4aab4ec4-052d-4f7f-9daf-343b24196252..jpg

Tatarıstan-Azərbaycan biznes forumu keçirildi – FOTO

Baxış sayı: 777 dəfə baxılıb.

Tatarıstan-Azərbaycan biznes forumu keçirildi – FOTO

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Tatarıstanın
Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes
forumu keçirilib.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak
etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin
genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına
göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

Qeyd olunub ki, KOBİA-nın dəstək alətlərinə daxili bazarın araşdırılmasına
maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək
sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə
çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi,
sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili
və s. daxildir. KOBİA iş adamları arasında əlaqələrin genişləndirilməsi və
birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli
tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər.

Orxan Məmmədov onu da qeyd edib ki, KOBİA 2019-cu ildən etibarən “Rusiya –
İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş
adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil
olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi
görüşlərin keçirilməsi planlaşdırılır.

Source link