Tbilisidə Sorosun müqəvvası yandırılıb

Tbilisidə Sorosun müqəvvası yandırılıb

Baxış sayı: 6. 294 dəfə baxılıb.

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Açıq Cəmiyyət Fondunun ofisi qarşısında “Gürcüstan Marşı” hərəkatının bir qrup fəalı fondun təsisçisi Corc Sorosun müqəvvasını yandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yayıb.

“Xalqa eşq olsun, düşmənə ölüm” şüarları səsləndirən aksiya iştirakçıları fondun ofisinə “Rustaveli” metrostansiyasından yaxınlaşıb.

Marş iştirakçıları Soros Fondu və ölkə xaricindən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının bağlanmasını tələb edib.

Bildiriblər ki, Soros Fonduna qarşı mübarizə aparmaqla, onlar Gürcüstan gənclərinin müdafiəsinə qalxır.

www.ÇıxışYolu.Com