40f4ea37-22a5-406f-ab59-49dd90cd68e8..jpg

TDT dövlətlərinin jurnalistləri və media mütəxəssisləri üçün təlimlərin rəsmi açılışı olub – FOTO

Baxış sayı: 1. 195 dəfə baxılıb.

TDT dövlətlərinin jurnalistləri və media mütəxəssisləri üçün təlimlərin rəsmi
açılışı olub – FOTO

Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və
Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının
(TDT) əməkdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media
mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi olub.

“Report” xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini
vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların
təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi
üçün effektiv və səmərəli platformadır.

Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı
çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verir və
hazırkı layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə
mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz
haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol
oynayacaq. O, Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya
istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata keçirilən
mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam rəqabət mühitinin
gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

Source link