09f943d7-c0c8-4659-95e8-de4afd4c73b1..jpg

“TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır – FOTO

Baxış sayı: 560 dəfə baxılıb.

“TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır – FOTO

“Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur”.

Bunu “Report”un Ankara bürosuna “TEKNOFEST” festivalında “Furqanoğlu Dəmir
Yumruq” stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.

Onun sözlərinə görə, Azərbaycandan “TEKNOFEST”ə böyük maraq var:

“Bu il festivala bir milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox
iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı
gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif
bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il
gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən
onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron
hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib.
Robot it quraşdıranlar da var. Azərbaycanda, həqiqətən, yüksəksəviyyəli
proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar
tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.

M.Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU)
tələbələri ilə əməkdaşlığa başlayıblar:

“TEKNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq
doğurdu və əməkdaşlığa başladıq”.

Ekspert onu da əlavə edib ki, hazırda “TEKNOFEST”in Azərbaycanda daimi
keçirilməsi üçün layihələr üzərində çalışırlar.

Xatırladaq ki, “TEKNOFEST” Azərbaycanda
2023-cü ilin aprel ayında keçirilib.

PhotoStock.Az həmin tədbirdən
maraqlı anları lentə alıb.

Source link