87a20b74-bb2c-4394-b5c4-733895c45fdf..jpg

Teymur Rəcəbov: “Messi tarixin ən böyük futbolçusudur”

Baxış sayı: 906 dəfə baxılıb.

Teymur Rəcəbov: “Messi tarixin ən böyük futbolçusudur”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Kriştianu Ronaldo və Lionel Messini
müqayisə edib.

Qrossmeyster argentinalını tarixin ən yaxşısı hesab etdiyini deyib:

“Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur.
Daha əvvəl Kriştianuya üstünlük verirdim. Lakin finalda Fransaya qalib
gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi. Lionel Messi tarixin ən böyük
futbolçusudur. Bununla belə, mən Ronaldoçuyam. Kriştianunun bədəninə necə
qulluq etdiyi, hər uçuşdan sonra buz vannası qəbul etdiyi, “Real Madrid”də
məşqə birinci gəldiyi və s. barədə oxumuşdum. O, super peşəkardır. Qazandığı
titullara tamamilə layiq olan tarixi şəxsiyyətdir. Belə insanlar yüz milyonda
birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir. Məndə belə bir
hiss var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Çox şey əldə etdi,
dünya çempionluğundan başqa. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi
əla oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz
faizlik şansı qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya
çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman
həyatı olub”.

36 yaşlı şahmatçı böyük futbol turnirlərinin final mərhələlərini izlədiyini
deyib:

“Qətərdəki çempionata baxdım. Həmişə olduğu kimi, Braziliyaya azarkeşlik
edirdim. Əgər Azərbaycan millisi dünya çempionatında olsaydı, öz komandamı
dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdıqdan sonra
konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq,
sadəcə, mümkün deyil. Onun və Lionel Messinin meydanda etdikləri fantastikdir.
Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb”.

Mənbə: championat.com

Source link