Tibb Universitetində kişilərin sinəsi kiçildiləcək

Tibb Universitetində kişilərin sinəsi kiçildiləcək

Baxış sayı: 2. 281 dəfə baxılıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb.

Bu barədə ÇıxışYolu.Com-a ATU-dan məlumat verilib.

Məlumatda bildirilib ki, klinikanın III cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, son illər ölkədə plastik cərrahiyyəyə tələbat artıb:

“Bu tip əməliyyatları çox icra edirik. Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin xidmətlərindən təkcə qadınlar deyil, kişilər də faydalanırlar”.

Mirsaleh Abdullayev bildirib ki, kişilərin üzərində, əsasən, blefaroplastika əməliyyatları həyata keçirilir:

Tibb Universitetində kişilərin sinəsi kiçildiləcək

“Blefaroplastika, yəni gözaltı torbaların aradan qaldırılması kişiləri daha çox narahat edən problemlərdəndir. Həmçinin liposaksiya – qarın yağlarının ləğvi üçün müraciət edənlər də var.

Bundan başqa, ginekomastiya – döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir”.

.
www.ÇıxışYolu.Com