55c6110e-ed3f-46b7-ae7a-ced2231b1275..jpg

Tovuzda yaşayış evində partlayış oldu: Ev sahibi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi – FOTO/VİDEO

Baxış sayı: 653 dəfə baxılıb.

Tovuzda yaşayış evində partlayış oldu: Ev sahibi yanıq xəsarətləri ilə
xəstəxanaya yerləşdirildi – FOTO/VİDEO

Tovuz rayonunun İbrahimhacılı kəndində yaşayış evində partlayış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il
təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80m² olan ikiotaqlı
köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində
yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış
dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi
tikilidə ev əşyaları 5m² sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq
xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Source link