d51f5652-c786-4ec4-8e8e-c9fc02801e08..jpg

Tramp məhkəmədən bir ay vaxt istədi

Baxış sayı: 657 dəfə baxılıb.

Tramp məhkəmədən bir ay vaxt istədi

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp məhkəmədən onun ünvanına olan böhtanla
bağlı məhkəmə prosesini 4 həftə təxirə salmağı xahiş edib.

Onun fikrincə, KİV tərəfindən bu prosesə diqqətin artması onun təxirə
salınmasını zəruri edib.

Donald Trampın vəkilləri təkid ediblər ki, o, məhkəmənin ədalətli şəkildə
aparılması hüququna malikdir və buna əsasən də, prosesin təxirə salınması üçün
vaxt istəyə bilər. Çünki məhkəmə prosesinin mediada qərəzli şəkildə
işıqlandırılmasından və sənədlərin saxtalaşdırılması üzrə prokurorluğun ittiham
aktından sonra hadisələrin “soyuma”sı üçün müəyyən zamana ehtiyac var.

Məhkəmə iclası yazıçı və köşə yazarı Cin Kerrol tərəfindən irəli sürülən
böhtan iddiası üzrə baş tutacaq. İddia Trampın ona qarşı ittihamları rədd
etməsindən sonra irəli sürülüb.

Xatırladaq ki, Trampa qarşı rəsmi olaraq cinayət işi açılıb.

Mənbə: ”Reuters”

Source link