“Trampın Rusiya əlaqələri” istintaqı: Həbs olunan var

“Trampın Rusiya əlaqələri” istintaqı: Həbs olunan var

Baxış sayı: 3. 429 dəfə baxılıb.

 ABŞ-ın Federal təhqiqatlar idarəsinin prezident Trampın Rusiya əlaqələri ilə bağlı apardığı istintaq çərçivəsində ilk həbs həyata keçirilib.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı vəkil Aleks van der Zvan 30 gün müddətinə həbs olunub.

Buna səbəb onun Trampın keçmiş köməkçisi Rik Qeytsin əlaqələri barədə müstəntiqlərə yalan ifadə verməsidir.

Van der Zvan Rusiyalı milyarderlərdən birinin kürəkənidir və xüsusi ittihamçı Robert Müller tərəfindən Rusiya əlaqələri ilə bağlı barələrində cinayət işi açılmış 19 nəfərdən biridir.

Vəkilin eyni zamanda yalan ifadə verdiyinə görə, 20 min dollar məbləğində cərimələndiyi bildirilir.

Habelə rəsmilər vəkilin mühakimə olunmasının Trampın 2016-cı il seçki kampaniyası ilə bilavasitə əlaqəli olmadığını açıqlayıb.  

Xatırladaq ki, bundan əvvəl, mart ayında ABŞ hökuməti  2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə və bununla əlaqədar kiber-hücumlar təşkil etmə ittihamı ilə 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

.
www.ÇıxışYolu.Com