Türk nazir müavini: Babam Azərbaycan Parlamentinin banilərindəndir

Türk nazir müavini: Babam Azərbaycan Parlamentinin banilərindəndir

Baxış sayı: 2. 929 dəfə baxılıb.

Mənim babam Qaçaq Məhəmməd Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Bundan qürur duyuram.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nin açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

“Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu”, – deyə nazir müavini əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com