Türk Universiadasında iştirak edəcək millimizin rəqibləri bilindi

Türk Universiadasında iştirak edəcək millimizin rəqibləri bilindi

Baxış sayı: 3. 489 dəfə baxılıb.

Aprelin 4-dən 11-dək Bakıda I Türk Universitetləri İdman Oyunları (Türk Universiadası) keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var.

Qaydalara əsasən, yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirəcək. Məşqlərə 18 futzalçı dəvət edilib. Oyunlar zamanı isə baş məşqçi ikisi qapıçı olmaqla, ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək.

Toplanışa dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:  

Rövşən Hüseynli, Ramiz Çovdarov, Oqtay Rüstəmli (hər üçü “Araz”), Nihad İsmayılov, Eşqin Tağıyev, Raqif Eyvazov (hər üçü “İtaldizain”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov, Tofiq Əliyev, Rüstəm Bağırzadə (hamısı “Marafon”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hər üçü “Xəmsə”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev, Qüdrət İsmayılov (hər ikisi “Baku Fayr”).

S.T.
www.ÇıxışYolu.Com