Türkiyə ABŞ-dan "Patriot" kompleksləri almaq istəyir

Türkiyə ABŞ-dan "Patriot" kompleksləri almaq istəyir

Baxış sayı: 3. 189 dəfə baxılıb.

Türkiyə “Patriot”  zenit-raket komplekslərinin alınması ilə bağlı ABŞ-la danışıqlar aparacaq.

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy açıqlama verib.

“Rusiya Türkiyənin hava hücumundan müdafiə sistemlərinin zəruri ehtiyaclarının ödənilməsi üçün çox əlverişli təkliflə çıxış etmişdi. Nəticədə Ankara “S-400” zenit-raket komplekslərini almağa qərar verdi. Ancaq bu sistemlər NATO sisteminə inteqrasiya olunmayacaq. Türkiyə NATO tələblərinə uyğun olan hava müdafiə sistemləri ilə təchiz olunmağa hazırdır.” deyə Aksoy bildirib.

Aksoy gələn həftə danışıqlarda iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Qeyd edək ki, ABŞ-ın “Sanksiyalar yolu ilə Amerika düşmənlərinə qarşı tədbirlər” haqqında qanununda Rusiyanın hərbi-sənaye kompleksləri ilə müqavilələr bağlayan ölkələrə qarşı ikinci-dərəcəli sanksiyalar nəzərdə tutulur.

ABŞ Rusiya istehsalı olan zenit-raket kompleksləri əvəzinə Türkiyə ordusunun NATO dövlətlərinə aid hərbi texnika ilə təchiz olunmasını istəyir.

Bundan əvvəl NATO-nun Avropa qüvvələrinin baş komandanı general Körtis Skaparrotti Türkiyəni Rusiyadan “S-400” raket komplekslərini almaq fikrindən daşınmağa çağırmış, əks təqdirdə bunun Ankara üçün baha başa gələcəyinə eyham vurmuşdu.

Türkiyə XİN Mövlut Çavuşoğlu ABŞ və NATO-nun hədə-qorxularını rədd edərək, lazım gələrsə Türkiyənin  ABŞ-ın sanksiyalarına oxşar ölçülərlə cavab verəcəyini bildirmişdi.

F.M
 www.ÇıxışYolu.Com