Türkiyə-ABŞ danışıqları təxirə salındı

Türkiyə-ABŞ danışıqları təxirə salındı

Baxış sayı: 2. 573 dəfə baxılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy yeni açıqlama verib.

ÇıxışYolu.Com xəbər verir ki, o, 19 martda Vaşinqtonda baş tutması planlaşdırılan görüşün təxirə salındığını bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ səfərində FETÖ ilə mübarizə, İraq və Suriya məsələlərinin gündəm olması gözlənilirdi.

Görüşün təxirə salınmasının Tillersonun işdən çıxarılması ilə bağlı olduğu ehtimal edilir.

“Martın 19-da Vaşinqtonda bir görüşümüz olacaqdı. Amma indi Reks Tillerson vəzifəsindən ayrıldığı üçün ertələnə bilər. Nə edəcəyimizi müzakirə edirik”, – dünən Moskvada keçirilən Türkiyə-Rusiya VI Ortaq Strateji Planlama Qrupunun iclasında Çavuşoğlu bildirib.

www.ÇıxışYolu.Com