Türkiyə Suriya sərhədinə əlavə qoşun toplayır

Türkiyə Suriya sərhədinə əlavə qoşun toplayır

Baxış sayı: 6. 070 dəfə baxılıb.

Türkiyə Suriya ilə sərhədinə əlavə hərbi texnika göndərir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazırlar.

Xəbər verilir ki, hərbi texnika Suriyanın Afrin bölgəsi ilə sərhəddə yerləşən Hatay vilayətinə göndərilib.

Qeyd edək ki, martın 13-də Baş Qərargahın bəyanatında deyilir ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun qüvvələri Afrini tamamilə mühasirəyə alıblar.

Xatırladaq ki, yanvarın 20-də  Suriyanın Afrin bölgəsində, Türkiyə Silahlı Qüvvələri  Suriya Azadlıq Ordusu ilə birgə “Zeytun budağı“ adı altında hərbi əməliyyata başlayıb.

www.ÇıxışYolu.Com