Türkiyə və ABŞ danışıqlara başlayır

Türkiyə və ABŞ danışıqlara başlayır

Baxış sayı: 2. 536 dəfə baxılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

ÇıxışYolu.Com-ın “Sözcü”yə istinadən xəbərinə görə, o, ABŞ dövlət katibinin müavini Con C. Sullivanla görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Qeyd edək ki, Menbiçə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir.

Rəsmi Ankara həmin əraziyə girəcəyini bildirir, Vaşinqton isə terrorçuların Menbiçdən çıxarılmasını tələb edir.

www.ÇıxışYolu.Com