Türkiyədə miqrantları daşıyan mikroavtobus yandı: 17 ölü, 36 yaralı – FOTO

Türkiyədə miqrantları daşıyan mikroavtobus yandı: 17 ölü, 36 yaralı – FOTO

Baxış sayı: 2. 251 dəfə baxılıb.

Türkiyə ərazisində – Iğdır-Qars avtomagistralında Əfqanıstan, Pakistan və İrandan olan qeyri-qanuni miqrantları aparan mikroavtobus işıq dirəyinə çırpılıb.

ÇıxışYolu.Com xəbər verir ki, maşının qəza nəticəsində qəflətən alovlanması nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb. Maşın 14 nəfər tutuma malik olsa da, onda 50-dən çox sərnişin mindirilib.

Hadisə yerinə prokurorluq orqanları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

www.ÇıxışYolu.Com