Türkiyənin sabiq naziri dünyasını dəyişib

Türkiyənin sabiq naziri dünyasını dəyişib

Baxış sayı: 2. 270 dəfə baxılıb.

Türkiyənin keçmiş milli təhsil, gənclik və idman naziri Hasan Celal Güzəl dünyasını dəyişib.

ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən məlumat verir ki, o, müalicə aldığı Ankara Güven xəstəxanasında 73 yaşında vəfat edib. 

Qeyd edək ki, Hasan Celal Güzəl 1945-ci ildə Qaziantep şəhərində doğulub. Orta məktəbi Malatyada bitirib. Ankara Universitetinin Siyasi elmlər fakültəsinin İqtisadiyyat və Maliyyə ixtisası üzrə təhsil alıb. 

1986-cı il seçkiləri zamanı Ana Vətən Partiyasından millət vəkili seçilib. Elə həmin il də Türkiyənin milli təhsil, gənclik və idman naziri vəzifəsinə təyin edilib.  

.
www.ÇıxışYolu.Com