8c389408-a9ca-47ce-9cfb-dd4d53680863..jpg

Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verəcək

Baxış sayı: 1. 254 dəfə baxılıb.

Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verəcək

Türkiyənin ticarət naziri Mehmet Muş və Türkiyə prezidentinin mətbuat katibi
İbrahim Kalın Vaşinqtonda ABŞ Ticarət Palatası və Türkiyə Ticarət Palata və
Birjaları Birliyinin (TOBB) birgə təşkil etdiyi Türkiyə-ABŞ biznes forumunda
iştirak ediblər.

Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibinin
müavini Viktoriya Nuland və ABŞ Konqresinin bəzi üzvləri ilə əhəmiyyətli
təmaslarda olub.

“Ciner” Media Qrupunun ABŞ-dakı nümayəndəsi Əli Çinar bildirib ki, görüşlər
zamanı zəlzələ qurbanlarına yardımdan tutmuş “Taxıl dəhlizi” sazişinin
uzadılmasında Türkiyənin roluna, Ermənistan və Azərbaycan arasında sülh
danışıqlarından tutmuş, İsveç və Finlandiyanın NATO-ya qoşulmasınadək bir çox
qlobal və regional məsələlər müzakirə olunub.

“Ən mühüm nəticə Finlandiya və İsveçlə bağlı qərar oldu. Prezidentin sözçüsü
Kalın, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına yaşıl işıq yandıracağını
dedi”, – Çinar bildirib.

Xatırladaq ki, sabah Finlandiya Prezidenti Sauli Niinistö Türkiyədə Prezident
Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Mənbə: octagon.media

Source link