60832c3f-a81a-48a7-94fe-4eafb254b71b..jpg

Türkiyə milli futbol komandası İrəvanda – FOTO/VİDEO

Baxış sayı: 933 dəfə baxılıb.

Türkiyə milli futbol komandası İrəvanda – FOTO/VİDEO

Türkiyə Milli Futbol Komandası Ermənistanın paytaxtı İrəvana gedib.

Komanda 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin D qrupunun ilk
oyununda səfərdə Ermənistanla qarşılaşacaq.

İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına enən milli komanda onlar üçün
ayrılmış avtobusla qalacaqları hotelə doğru yola düşüblər.

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi hava limanından
çıxışda mətbuat mənsublarına qısa açıqlama verib.

“Sabah ilk oyunumuzu oynayacağıq. Gözəl bir başlanğıca imza atmaq istəyirik.
2024-cü il Avropa çempionatı Almaniyada keçirildiyi üçün bizim üçün son dərəcə
əhəmiyyətlidir. Almaniyada çoxlu Türkiyə vətəndaşımız var. Ümid edirəm ki,
texniki komandamız və futbolçularımız sabah burada, çərşənbə axşamı isə Bursada
ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparacaqlar. Məqsəd Almaniyada
keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Beləliklə, biz ən çox
tamaşaçı kütləsinə nail olaraq öz evimizdə imiş kimi oyunlarımızı keçirmək
istəyirik. Heyətimizin yüksək əhvaldadır. Ən gözəl şəkildə ölkəmizi təmsil
edəcəklərinə inanırıq”, – deyə o qeyd edib.

🇹🇷 A Millî Takımımız, Ermenistan maçı için Erivan’a vardı. 🛬 #OmuzOmuza
#Euro2024
@TK_TR
pic.twitter.com/LLBQV5SzZP

— Türkiye #BizimÇocuklar 🇹🇷 (@MilliTakimlar) March 24, 2023

A Millî Takımımız, EURO 2024 Elemeleri D Grubu’ndaki ilk maçında Ermenistan
ile oynayacağı karşılaşma için bu ülkenin başkenti Erivan’a ulaştı. 🇹🇷 🇦🇲
@TK_TR #OmuzOmuza
#EURO2024

pic.twitter.com/oP6cAs93Rz
— Türkiye #BizimÇocuklar 🇹🇷 (@MilliTakimlar) March 24, 2023

2024 Avrupa Şampiyonası Elemeleri ilk maçında yarın saat 20.00’de Ermenistan
ile karşı karşıya gelecek A Millî Takımımız, karşılaşmanın oynanacağı
Republican Stadyumu’nda antrenman gerçekleştirdi. 🇹🇷#OmuzOmuza
#Euro2024

pic.twitter.com/eZCdwQKOpj
— Türkiye #BizimÇocuklar 🇹🇷 (@MilliTakimlar) March 24, 2023

Mənbə: CNNTürk


Source link