19246162-370a-4aac-9422-5eae030cf24b..jpg

Türkiyədə qeyri-yaşayış obyektlərinin satışı mənzil satışını üstələdi

Baxış sayı: 874 dəfə baxılıb.

Türkiyədə qeyri-yaşayış obyektlərinin satışı mənzil satışını üstələdi

Türkiyədə 2023-cü ilin yanvar-fevral aylarında ümumi daşınmaz əmlak satışların
57,67%-ni təşkil edən qeyri-yaşayış obyektlərinin satışı tarixi maksimuma çatıb.

2021-ci ildə ölkə üzrə ümumi daşınmaz əmlak satışlarında qeyri-yaşayış (əkin
sahələri və iş yerləri) obyektləri 50,60%, 2022-ci ildə isə 54,07% təşkil edib.

Son məlumatlara görə, 2023-cü ilin mart ayında daşınmaz əmlak əməliyyatları
fevral ayı ilə müqayisədə 83% artıb. Satılan obyektlər arasında 100 867 mənzil,
51 646 torpaq sahəsi, 93 187 tarla, 10 542 iş yeri, qalanları isə digər
daşınmaz əmlak növləri olub.

Bildirilir ki, Türkiyə vətəndaşları arasında qeyri-yaşayış obyektlərinin
satışı tendensiyası sürətlə artmaqda davam edir. Vaxtilə 2013-2014-cü illərdə
də analoji hal müşahidə olunsa da, sonrakı illərdə bu tendensiya aradan qalxıb.

Mənbə: rossaprimavera.ru

Source link