0c1a2f20-a48b-44d9-98e4-b08fab6a54d2..jpg

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi: Konsertləri ləğv edildi – FOTO

Baxış sayı: 649 dəfə baxılıb.

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi: Konsertləri ləğv edildi – FOTO

Güclü səsi ilə seçilən məşhur türkiyəli müğənni Merve Özbey xəstəxanaya
yerləşdirilib.

35 yaşlı müğənninin sağlamlığında əməliyyatdan sonra problemlər yarandığı
məlum olub və müalicəsinə başlanılıb.

Merve Özbeyin bu səbəbdən eyni zamanda yeddi konserti birdən ləğv edilib.

Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bir müddət əvvəl keçirdiyim əməliyyatdan sonra bəzi fəsadlar yarandı.
Xəstəxanada davam edən müalicə prosesi və həkimlərin məsləhətinə görə təəssüflə
avqustun 30-na kimi konsertlərimi təxirə salmalı oldum. Sağlam günlərdə yenidən
görüşmək və birlikdə mahnılar oxumaq diləyi ilə…”, – deyə o bildirib.

Qeyd edək ki, Merve Özbey son zamanlar çox dinlənilən və sevilən “Yaramızda
kalsın”, həmçinin “Yaş hikayesi”, “Sahi”, “Yerle-yeksan”, “Topsuz tüfeksiz”,
“Vuracak”, “Ayrılığın acısı” kimi mahnıların ifaçısıdır.

Mənbə: Haber Global

Source link